Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
İcma: "Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir"
Bayramov Kassislə erməni təxribatını müzakirə etdi
Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub
Ceyhun Bayramov Lord Əhməd ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













