Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa İttifaqının sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.
Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları fonunda Azərbaycan bu görüşdən imtina edib.
Oxşar xəbərlər
Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Abdullayeva ilə Paşinyan debata çıxdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çatışmazlıq var, çünki Əliyevin imzası yoxdur! - Nikol [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Qranada görüşündən imtina etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












