İcma: "Aİ-nin Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir"
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir.
"Report" xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirlib ki, Avropa İttifaqı ATƏT-nin Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir.
Oxşar xəbərlər
Bayramovdan Borrellə: Bu bəyanatlar AB-yə xələl gətirir
Nikol Paşinyan Qranadada Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Rəsmi Bakıdan Borrellə cavab
Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb
Qarabağ daxili məsələdir, buna etiraz etmək cəhdi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













