sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Donald Tramp İlham Əliyevə təşəkkür edib
"Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.
O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb. "Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır", - deyə Tramp əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər
Tramp: Avqustun 8-də Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq
Tramp: Putin və Zelenski dil tapa biləcəklər
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Ağ Evdə keçiriləcək tarixi görüşə son hazırlıqlar gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











