İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər
Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
Sizinxəbər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.
Prezident İlham Əliyev: Daha da çox.
Prezident Donald Tramp: Bundan da çox?
Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.
Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz, həqiqətən, yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.
Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik, ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən, Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən, yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?
Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.
Prezident Donald Tramp: Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız.
Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə, demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.
Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta "Gələcəyi birlikdə qurmaq" adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin mənzil-qərargahına gediblər
Mehriban Əliyeva İlham Əliyev və Donald Tramp arasında səmimi dialoqun görüntülərini paylaşdı
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub
Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








