Dünyaya səs salıb, yenidən dirçələn şəhər - Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Yolumuz Xanın kəndi, əzəli yurdumuz Xankəndiyədir. Qürur və həyəcanla əzəli torpağımıza yollanırıq. Yol boyu quruculuq, yenidənqurma işlərinin şahidi olmaq, Qarabağımızın yenidən dirçəlməsi bizdə sözlə ifadə ediləsi mümkün olmayan bir hiss doğurur.
Qarabağın tarixi məkanı Xankəndimiz yenidən dirçəlir.
Və budur biz Xankəndiyə çatmışıq, küçələrdə sevincli, xoşbəxt həmvətənlərimizi görürük. Kimi mahnı oxuyur, kimi də tarixi əbədiləşdirmək üçün şəkil çəkdirir. Bütün bunlar göstərir ki, biz qayıtmışıq.
Ən sevincli və və qürurverici hallardan biri də Xankəndiyə tələbələrin dönməsidir. Onlar şəhərin ab-havasını dəyişməyə, xoş əhval gətirməyə müvəffəq olublar. Və Qarabağ Univeristetinin tələbələri ilə Xankəndidə fərqli bir tarix başlayıb. Onlar şəhərin yeni tarixinin bir parçasına çevriliblər. Buranı seçdikləri üçün də çox xoşbəxtdirlər. Həm də ona görə ki, rahat yaşamaları və təhsil almaları üçün hər cür şərait yaradılıb. Universitetin yataqxanası bütün şəraiti ilə tələbələrin ixtiyarına verilib.
Bu gün sürətlə inkişaf edən, yenilənən Xankəndiyə həyat yenidən qayıdıb. Qət edilən yolu və inkişafı görəndə əminliklə deyə bilirsən ki, tarixi şəhərimiz yaxın zamanda Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
“Report”un əməkdaşları Xankəndidə olub, şəhərin görməli və məşhur yerlərini gəzib.
Daha ətraflı videoreportajı təqdim edirik.
Video: Bəşir Əli
Oxşar xəbərlər
Qarabağ Universitetinin tələbəsi: İnanıram ki, bura gələcək karyeramda mühüm rol oynayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevdən seçki gününün sensasion aktı... [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti: “Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ Universiteti tələbələrinin Xankəndidə yerləşdirilməsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












