MEDİA-da Özbəkistanın rəsmi şəxsləri ilə görüş keçirilib
sizinxeber.az xəbər saytı

MEDİA-da Özbəkistanın rəsmi şəxsləri ilə görüş keçirilib


Medianın İnkişafı Agentliyində “Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.

Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.

Oxşar xəbərlər

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da Özbəkistan nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd İsmayılov: Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə regional medianın inkişafına həsr olunan tədbir keçirilir  [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər