Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur
sizinxeber.az xəbər saytı

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur


Azərbaycan Astanada keçirilən II Mərkəzi Asiya Media Forumunda təmsil olunur.

"Sizinxeber.az" xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir "Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusuna həsr edilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır.

İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.

Forum aprelin 17-dək davam edəcək.

Oxşar xəbərlər

MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: Mərkəzi Asiya ölkələri “yumşaq” regionallaşma yolu ilə birləşməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd İsmayılov: Seçkilərin işıqlandırılmasında iştirak edən media subyektlərinə lazımi şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər