Azərbaycanda bölgələrlə bağlı yeni xəbər portalı fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda bölgələrlə bağlı yeni xəbər portalı fəaliyyətə başlayıb


Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatının işıqlandırılması üzrə ixtisaslaşmış YURD.MEDİA xəbər portalı fəaliyyətə başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, sayt ölkənin hər bölgəsindən son xəbərləri çatdırmaqla yanaşı, regionlarının inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.

Saytda yazılar həm müvafiq kateqoriyalar, həm iqtisadi rayonlar və ayrılıqda hər rayon və şəhərlər üzrə çeşidlənib.

Portalın təsisçisi və baş redaktoru, jurnalist Murad Əliyev saytın fəaliyyətə başlaması ilə bağlı müraciətində qeyd edib:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranıb”.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl “Sizinxeber.az” İnformasiya Agentliyinin baş redaktoru olub.

Oxşar xəbərlər

Moderator.az saytı 12 yaşını qeyd edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yenicag.az saytının 17 yaşı tamam olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə rayonu yenidən YARADILIR [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər