Report Media Məktəbinin tələbələri Türkiyə səfirliyinin qonağı olublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
mar
2025
17:00

Report Media Məktəbinin tələbələri Türkiyə səfirliyinin qonağı olublar

12 mar, 2025
17:00
580

Report Media Məktəbinin tələbələri Türkiyə səfirliyinin qonağı olublar

"Sizinxeber.az" İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Media Məktəbinin tələbələri ilk dəfə olaraq Türkiyənin Azərbaycandakı səfirliyinin qonağı olublar.

“Sizinxeber.az” xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir görüş iştirakçılarına Azərbaycan və Türkiyə arasında media əlaqələrinin genişlənməsinin əhəmiyyətindən danışıb.

"Bir millət, iki dövlət olduğumuz kimi, mediamız da birdir. Bununla bağlı iki dövlət arasında media platforması layihəsi reallaşır. Məqsədimiz həm Azərbaycan və Türkiyənin media əlaqələrini gücləndirmək, həm də hər iki tərəfin beynəlxalq arenada yaranan dezinformasiyalara qarşı mübarizəsində güclü bir ittifaq yaratmaqdır", - müşavir bildirib.

Alptekin Cihangir İşbilir
Alptekin Cihangir İşbilir

C.İşbilir jurnalist peşəsində etik dəyərlərin gözlənilməsinin əhəmiyyətini də vurğulayıb:

“Jurnalist peşəsindən sui-istifadə edərək kiminsə həyatını təhlükəyə atmaq olmaz. Xüsusilə müharibə zamanı hərbi texnikanın, vacib strateji məkanların, əsgərlərin fotolarının paylaşılması ağır nəticəyə gətirib çıxara bilər”.

Görüşün sonunda tələbələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb, xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə iki müşaviri - Hüseyn AltınalanAlptekin Cihangir İşbilir müxtəlif dövrlərdə Sizinxeber.az Media Məktəbi tələbələrinin görüşünə gəliblər.

Foto: Məhəmməd Ağayev

Bizimlə əlaqə saxlayın