Audiovizual Şura: Telekanal aparıcıları ötən ay 864 xarici sözdən istifadə edib
Azərbaycan telekanllarında fevral ayında aparıcıların istifadə etdiyi xarici sözlərin sayı 864-ə düşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Qeyd edilib ki, 15 televiziya kanalının aparıcıları tərəfindən dekabr ayında xarici sözlərdən 1366, yanvar ayında 1460 istifadə halı müəyyən olunub.
Bildirilib ki, yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxın olmasına baxmayaraq, keçirilən görüşlərin və aparılan maarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunub.
Şura belə monitorinqlərin davamlı olacağını qeyd etməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha bildirir, redaksiya nümayəndələri və aparıcılar tərəfindən xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv iş aparmalarını tövsiyə edib.
Qeyd edək ki, Audiovizual Şura 2025-ci ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.
Oxşar xəbərlər
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
