Nazirdən əmr: Cəfərov bu agentliyə müşavir təyin edildi
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.
Sizinxeber.Az-ın məlumatına görə, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan "Yuğ" teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995-97-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki "Proloq" studiyasının bədii rəhbəri olub.
Elxan Cəfərov məktəbli yaşlarından bir sıra filmlərdə ("Sevinc buxtası", "Hazır ol, əlahəzrət", "Şir evdən getdi", "Mən mahnı qoşuram", "Bağ mövsümü" və s.) çəkilib. O, rejissor kimi "Əlvida" (2007), "Əlavə təsir" (2010), "Dolu" (2012), "Yarımçıq xatirələr" (2015), "Cənnət yuxusu" (2025) və s. bədii filmləri lentə alıb.
Rejissor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.
Oxşar xəbərlər
Elxan Cəfərov Kino Agentliyinə müşavir təyin olunub
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin olunub
Kino Agentliyinə baş direktor təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
