TÜRKSOY-un Baş katibi: Bəxtiyar Vahabzadə sovet ideologiyasına qarşı qələmindən qılınc kimi yararlanıb
Bəxtiyar Vahabzadə sovet ideologiyasına qarşı qələmindən qılınc kimi yararlanıb
“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Qırğızıstan Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Bəxtiyar Vahabzadənin yerli dildə nəşr olunan kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Bəxtiyar Vahabzadə türk dünyasının iftixarıdır və yaradıcılığının hər misrasında Vətən, millət sevgisi əksini tapır:
“Bəxtiyar Vahabzadə qələmini təkcə mətn yaratmaq üçün deyil, həm də xalqın səsi olaraq istifadə edib. O, həyatının bütün dönəmlərində şairlik missiyasını həqiqət bayrağı kimi dalğalandırıb”.
S.Raev həmçinin mərhum şairin həyatının olduqca ağır dövrlərə düşdüyünü və sovet ideologiyasının zəncirlərinə qarşı qələmindən qılınc kimi yararlandığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
