İnsanların Romantik Tərəfdaşlarında Ən Çox Axtardıqları Keyfiyyətlər Aşkarlandı
Braziliyada aparılan araşdırmaya görə, insanlar romantik tərəfdaş seçərkən xeyirxahlığa və zəkaya hər şeydən çox önəm verirlər.
Müasir dünyada romantik bir əlaqə tapmaq getdikcə çətinləşir. Məsələn, insanlar indi partnyor tapmaq üçün internetdən istifadə edirlər. Uyğunlaşma tətbiqlərinin həm sayı, həm də populyarlığı artır. Digər tərəfdən, yeni bir araşdırma, ən azından insanların bir əlaqədə ən çox nəyə dəyər verdiyinə baxdığımızda , subay insanların ümidli qaldığını göstərir .
Braziliyada təxminən 800 nəfərin iştirakı ilə aparılan araşdırmaya görə , insanlar romantik münasibətdə ortaqlarının zəkasına və mehribanlığına önəm verirlər, klişe halına gələn pul və gözəllik siyahıda daha aşağılardadır. Sao Paulo Universitetinin psixoloqu Joao Francisco Goes Braga Takayangi , "Daha çox potensial tərəfdaşları cəlb etmək istəyirsinizsə, beyniniz və şəxsiyyətiniz üzərində işləmək ən yaxşı şansınızdır " dedi.
Meyillər fərqli olsa da, axtarılan xüsusiyyətlər eynidir.
Araşdırmanın diqqət çəkən cəhətlərindən biri cinsi oriyentasiya, cins və yaş qrupu kimi faktorlardan asılı olmayaraq xeyirxahlıq və zəkanın ən çox axtarılan xüsusiyyətlər olması idi. Beləliklə, bu xüsusiyyətlər, insanların ümumi olaraq tərəfdaşlarında axtardıqları xüsusiyyətlər kimi görünür.
Araşdırmada iştirakçılar iki fərqli anket doldurdular. Bu sorğularda iştirakçılar xəyal partnyorlarını yaratmaq üçün xal hovuzlarından xüsusi atributlara xal ayırdılar . Hovuzda çoxlu xal olanda insanlar hər bir xüsusiyyətə yaxın xallar ayırırdılar, lakin bir neçə xalla hərəkət etməyə gəldikdə, zəka və xeyirxahlıq gözə çarpan xüsusiyyətlər kimi seçilirdi.
Araşdırma Arcihves of Sexual Behavior jurnalında dərc olunub .
TƏRCÜMƏ ETDİ İZZƏT QURBANOV
Oxşar xəbərlər
Komitə sədri: "Bəzən insanlar orqan transplantasiyası üçün növbə gözləyə-gözləyə vəfat edirlər"
“Cəlbedici” qadınlar niyə tipdən çox intellektə əhəmiyyət verirlər?
Alimlər fırıldaqçıların yaşlı insanları niyə daha asan aldatdıqlarının səbəbini açıqlayıb
"Yolka" bəzəyi seçəndə diqqətli olun - bu bəzəklər uğursuzluq gətirə bilər - SİYAHI
Braziliyada yol qəzasında 25 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək