

Alimlər Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər
Sidney Texnologiya Universiteti və Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər.
“Sizinxeber.az” xəbər verir ki, mütəxəssislər bu barədə “Nature Communications” üçün hazırladıqları məqalədə yazıblar.
Onların fikrincə, Antarktidanın sərt şəraitində mövcud olan qədim mikroorqanizmlər xüsusi formada parazitar yırtıcılar kimi çıxış edə bilər. Tədqiqatçılar Antarktidanın dərinliklərində ekstremal şəraitdə uğurla sağ qalan təkhüceyrəli orqanizmlər arxeylərin evi adlanan Dərin gölün olduğunu bildiriblər.
Alimlər qeyd ediblər ki, göldə aşağı temperatur və yüksək duz tərkibinə baxmayaraq, mikroorqanizmlər nəinki sağ qalır, həm də asanlıqla yırtıcı davranış nümayiş etdirirlər. Bu davranış arxeylərdə əvvəllər heç vaxt sənədləşdirilməyib.
Mütəxəssislərin fikrincə, bu arxeylər müəyyən canlıların ana hüceyrələrinə nüfuz edərək onları məhv edə bilir. Bu davranış da bəzi viruslara bənzəyir.
Oxşar xəbərlər
Sakit okeanın dibində oksigen istehsal edən minerallar aşkar edilib
Alimlər "Komodo əjdahası" ilə bağlı unikal kəşf ediblər
Çində yaşı 90 milyon ilə qədər olan dinozavr qalıqları aşkar edilib
Alimlər fırıldaqçıların yaşlı insanları niyə daha asan aldatdıqlarının səbəbini açıqlayıb
Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
