Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
21:30

Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib

24 may, 2025
21:30
542

Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib

Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.

Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.

"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın