

Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır
ABŞ-nin Perdyu Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə ildən sonra Qərbi Afrika, Cənubi Asiya və ABŞ-nin Orta Qərbi iqlim dəyişikliyi səbəbindən insan həyatı üçün təhlükəli vəziyyətə gələcək.
“Sizinxeber.az” CNN-ə istinadən xəbər verir ki, alimlərdən ibarət tədqiqat qrupu Yerdəki iqlim dəyişikliyi və istilik dalğaları ilə bağlı məlumatlardan istifadə edərək modelləşdirmə həyata keçirib.
Alimlər belə qənaətə gəliblər ki, bəşəriyyət qarşıdakı illərdə havanın soyuyacağını gözləməməlidir. Temperatur tədricən artacaq və bu da artan rütubətlə birləşərək əksər insanlar üçün çətin və təhlükəli yaşayış şəraiti yaradacaq.
“Qərbi Afrika və Cənubi Asiyanın bəzi hissələri ən həssas bölgələr sırasındadır, çünki bu ərazilər sıx əhalisi və məhdud soyutma qabiliyyətinə malik olması ilə fərqlənir. ABŞ-nin bəzi hissələrində, o cümlədən Orta Qərb bölgəsində də yüksək rütubətli istilər yaşanacaq”, - tədqiqatçılar qeyd ediblər.
Alimlər əlavə edib ki, texnologiyaya çıxışı olan inkişaf etmiş ölkələrin sakinləri istilərə daha rahat tab gətirəcəklər, lakin bu da uzun sürməyəcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, istilər hazırda dünyada 489 illik ölümə səbəb olur. Lakin iqlim və sağlamlığın pisləşməsi arasında həmişə açıq-aşkar əlaqənin olmaması səbəbindən ölənlərin dəqiq sayı daha yüksək ola bilər.
Oxşar xəbərlər
Qlobal istiləşmə, iqlim böhranı, "nəsli kəsilməkdə olan" qidalar... Dadsız-duzsuz bir həyat bizi gözləyir
İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb
May ayında bəzi yerlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq
Mərakeşdə son 24 saat ərzində həddindən artıq istilər 21 nəfərin həyatına son qoyub
Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
