Rauf Namazov: "Rəqəmsallaşma maliyyə cinayətlərini daha mürəkkəb edib"
Rəqəmsallaşma maliyyə cinayətlərini daha mürəkkəb edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Maliyyə Monitorinq Xidmətinin Aparat rəhbəri Rauf Namazov Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Maliyyə institutlarında risklərin idarə olunması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, maliyyə institutları qanunvericiliyə əsasən öhdəlik daşıyan şəxslər hesab olunur və onlar şübhəli əməliyyatları vaxtında müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə məlumat verməlidirlər: "Rəqəmsallaşma günün tələbidir. Artıq maliyyə cinayətləri daha qəliz və mürəkkəb sxemlərə əsaslanır. Bu isə onların müəyyən olunmasında ciddi problemlər yaradır. Əsas problemlərdən biri məlumatların düzgün və vaxtında təqdim olunmamasıdır. Maliyyə institutları şübhəli əməliyyatlar və müəyyən limitlər əsasında təqdim edilməli olan hesabatları vaxtında və düzgün formada təqdim etməlidirlər".
R. Namazovun fikrincə, bəzi maliyyə institutları bazardakı rəqabətə davam gətirmək üçün yeni texnologiya və alətləri risklərini tam qiymətləndirmədən tətbiq etməyə çalışır: "Bu isə həm maliyyə institutlarının özünə, həm də əhaliyə ciddi zərər vurulmasına səbəb ola bilir. Maliyyə Monitorinqi Xidməti maliyyə institutlarını yeni texnologiyaların tətbiqi zamanı daha ehtiyatlı olmağa, tənzimləyici qurumlarla geniş müzakirələr aparmağa və beynəlxalq təcrübəni nəzərə almağa çağırır. rəqəmsallaşma maliyyə cinayətlərinin sürətini artırmaqla yanaşı, vəsaitlərin izinin daha tez itirilməsinə də səbəb olur".
Oxşar xəbərlər
Rauf Namazov: "Maliyyə institutlarının şübhəli əməliyyatlar barədə məlumatları gecikdirməsi problem yaradır"
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub
Azərbaycan maliyyə cinayətləri ilə mübarizədə süni intellektdən istifadəyə başlayıb
Azərbaycan qanunvericiliyinin FATF standartları ilə uyğun səviyyəsi 90 %-i keçib
Anar Kərimov: "Maliyyə institutları cinayət və terror risklərinə vaxtında reaksiya verəcək" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
