Hesablama Palatası subsidiya, sığorta, ixrac və büdcə fondlarında dəyişikliklər təklif edir
Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət dəstəyi alan subyektlərin məsuliyyəti artırılmalıdır.
"Report" xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.
Qurum əkin və məhsul subsidiyaları, eləcə də texnikaya verilən güzəştlərdən yararlananlara məhsul həcmi, məhsuldarlıq və yeni iş yerlərinin yaradılması kimi konkret tələblərin qoyulmasını məqsədəuyğun hesab edir.
Bundan əlavə, bəzi məqsədli büdcə fondlarının fəaliyyətinə yenidən baxılması təklif edilib. Xüsusilə, "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun müstəqil mədaxil mənbələrinin azalması fonunda onun mövcudluğunun metodoloji aktuallığının qiymətləndirilməsi zəruri sayılıb.
Hesablama Palatası eyni zamanda dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortalanması mexanizminin gücləndirilməsini təklif edir. Bunun üçün Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında koordinasiyalı nəzarət mexanizminin yaradılması, həmçinin müvafiq qaydaların mövcud sığorta qanunvericiliyinə uyğunlaşdırılması vacib hesab edilir.
Palata ixracın təşviqi sahəsində institusional yanaşmanın gücləndirilməsini də təklif edir. Belə ki, bu istiqamətdə strateji inkişaf planının, illik əməliyyat planlarının (kəmiyyət indikatorları üzrə) və monitorinq mexanizmlərinin hazırlanaraq tətbiq olunması tövsiyə edilib.
Oxşar xəbərlər
Hesablama Palatası bitkiçilikdə subsidiya mexanizmlərində nöqsanlar aşkarlayıb
Hesablama Palatası 2025-ci ilin büdcə layihələrinə dair rəylər hazırlayır
Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır
Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
