Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır


Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, təqdim edilmiş məlumatların təhlili göstərib ki, bəzi hallarda texniki cəhətdən nasaz və faktiki istifadədə olmayan nəqliyyat vasitələri sığortalanıb. Eyni zamanda, texniki baxımdan saz və istismarda olan nəqliyyat vasitələrinin icbari sığortasının təmin edilmədiyi faktlar da aşkarlanıb.

Bununla yanaşı, nəqliyyat vasitələrinin sığortası üzrə maliyyələşmə strukturunun təhlili nəticəsində bir çox təşkilat tərəfindən bu sahə üzrə xərclərin "Vahid Büdcə Təsnifatı"na uyğun icra edilmədiyi müəyyən olunub.

Qeyd edilib ki, bu kimi uyğunsuzluqlar həm maliyyə intizamının pozulmasına, həm də sığorta sistemində risklərin düzgün idarə olunmamasına səbəb olur.

Oxşar xəbərlər

Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb
Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var
Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarlayıb
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər