Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
Azərbaycanda sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir və yüksək konsentrasiya formalaşıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, dövlət sifarişlərinin icrasında cəmi 4 sığorta şirkəti iştirak edir. Sığorta portfelinin 75 %-i isə bir şirkətin payına düşüb ki, bu da bazarda rəqabət mühitinin məhdud olduğunu göstərir.
Bundan əlavə, Azərbaycanda icbari sığorta sahəsində normativ ziddiyyətlər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin qərarına görə sığorta haqları yalnız müqavilə bağlandıqdan sonra ödənilir. Lakin ümumi qanunvericiliyə əsasən, sığorta müqaviləsinin qüvvəyə minməsi üçün əvvəlcədən ödəniş tələb olunur. Bu uyğunsuzluq praktikada sığorta prosesinin həyata keçirilməsini çətinləşdirir.
Audit zamanı həmçinin bəzi hallarda eyni əmlak üzrə müxtəlif illərdə fərqli bərpa dəyərlərinin tətbiq olunduğu müəyyən edilib. Bu isə sığorta haqlarında izahı verilməyən fərqlərin yaranmasına və xərclərin artmasına səbəb olub.
Hesabatda qeyd olunur ki, dövlətə məxsus əmlakların hamısının sığortalanması təmin edilməyib və proses əsasən ayrılmış vəsait çərçivəsində həyata keçirilib. Bu isə sığorta əhatəliliyinin tam təmin olunmadığını göstərir.
Oxşar xəbərlər
Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarlayıb
AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
AMB: Sığorta haqlarının artımı məhdud sayda şirkətlərin hesabına baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
