"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Mayın 12-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, bina 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalının artırılması, Müşahidə Şurasının yenidən formalaşdırılması və 2025-ci ilin maliyyə-təsərrüfat yekunlarına aid kənar audit hesabatının müzakirə edilməsi daxildir.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,472 milyon manatdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.
Oxşar xəbərlər
Azərbaycanın BOKT-ı səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək
"Legion Financial" istiqraz buraxmaq istəyir
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
