ADB Azərbaycanda mikro, kiçik və orta müəssisələrin inkişafı üçün əsas çağırışları açıqlayıb
sizinxeber.az xəbər saytı

ADB Azərbaycanda mikro, kiçik və orta müəssisələrin inkişafı üçün əsas çağırışları açıqlayıb


Maliyyə vəsaitərinə çıxışın məhdud olması Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün əsas problem olaraq qalır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) nümayəndəliyinin baş iqtisadçısı Xaqani Kərimov "Asian Development Outlook" (ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş mediabrifinqdə bildirib.

"Bu il biz diqqətimizi kiçik biznesin problemlərinə yönəltmişik. Əminik ki, mikro, kiçik və orta müəssisələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün kritik əhəmiyyətə malikdir. Bu sektor həm məşğulluğun təmin edilməsində, həm də xammal resurslarından asılılığın azaldılmasında mühüm rol oynayır. Son illərdə mikro, kiçik və orta müəssisələrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı institusional islahatlar həyata keçirilib", - X.Kərimov qeyd edib.

Onun sözlərinə görə, ADB hələ də bir sıra ciddi çağırışlar qeydə alır.

"Bir çox digər ölkələrdə olduğu kimi, maliyyələşməyə məhdud çıxış qalmaqdadır. Bu, sistemli problemdir: kiçik biznesin kapitala çıxışı genişləndirməyə imkan verəcək ixtisaslaşdırılmış, uyğunlaşdırılmış maliyyə alətləri və mexanizmlərinə ehtiyacı var. Bundan əlavə, maliyyə savadlılığı, kredit resurslarının əlçatanlığı və girov bazasının təmin edilməsi məsələləri hələ də öz həllini tapmayıb. Bu problemlər xüsusilə regionlarda, böyük şəhərlərdən kənarda son dərəcə kəskindir", - baş iqtisadçı əlavə edib.

Oxşar xəbərlər

EBRD: Azərbaycan iqtisadiyyatında mikro, kiçik və orta biznesin payı əlavə dəyərin 15 %-nə bərabərdir
KOBİA indiyə qədər 1 500-dən çox sahibkarın sərgidə və yarmarkalarda iştirakına dəstək göstərib
Azərbaycanda KOB subyektlərinin dövriyyəsi 10 % artıb
ADB Yaxın Şərqdəki vəziyyətin Qafqaz və Mərkəzi Asiya üçün yaradacağı riskləri açıqlayıb
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər