"Azercell Telecom" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
"Azercell Telecom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
"NTT DATA Business Solutions" və "SAP" kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu transformasiyanın nəticəsində maliyyə, satınalma, logistika və insan resursları üzrə əsas biznes prosesləri vahid platformaya inteqrasiya olunub. Bu yanaşma məlumatların real vaxt rejimində emalını təmin etməklə yanaşı idarəetmədə operativliyi artırır və qərarvermə proseslərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Eyni zamanda, "SAP Ariba" platformasının tətbiqi satınalma proseslərində şəffaflığın artırılmasını, təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini və xərclərin daha effektiv idarə olunmasını mümkün edir.
Yeni sistem daxili nəzarət mexanizmlərini və risklərin idarə olunması imkanlarını daha da genişləndirərək şirkət daxilində məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmasına töhfə verir.
"SAP S/4HANA" platformasına keçid "Azercell Telecom"un dəyişən bazar dinamikalarına daha çevik uyğunlaşmasına, əməliyyat effektivliyini artırmasına və rəqəmsal xidmətlər bazarında uzunmüddətli rəqabət üstünlüyünü möhkəmləndirməsinə xidmət edir.
Oxşar xəbərlər
"Azercell Telecom" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
"Azercell Telecom" COP29-un telekommunikasiya tərəfdaşıdır
"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
