Yer kürəsində 66 saat davam edən maqnit qasırğası başa çatıb
Yer kürəsində 66 saat davam edən maqnit qasırğası başa çatıb.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatında deyilir.
Məlumata görə, bazar günü Yer kürəsində başlayan maqnit qasırğası əvvəlki güc səviyyəsinə – G4-ə çatıb. "Maqnit qasırğası sona çatıb, geomaqnit göstəricilər yaşıl zonaya qayıdıb", - məlumatda deyilir.
Qeyd olunur ki, Yer kürəsinin yaxınlığında Günəş küləyinin parametrləri elədir ki, fırtınanın yenidən başlama şansı praktiki olaraq yoxdur.
Proses 66 saat davam edib və maqnit qasırğasının müddəti 69 saat olan 2017-ci ilin aprelindən bəri ən uzun davamlı geomaqnit pozğunluqları və fırtınalar seriyası olub.
Qeyd edək ki, Yerdəki maqnit sahəsinin pozulma dərəcəsi beş dəyər şkalasında qiymətləndirilir. G1 zəif, G5 isə son dərəcə güclüdür.
Oxşar xəbərlər
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Maqnit qasırğası müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
