Maqnit qasırğası müşahidə olunur
sizinxeber.az xəbər saytı

Maqnit qasırğası müşahidə olunur


İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.

Bu barədə Sizinxeber.az-ya BDU-nun Astrofizika kafedrasından bildirilib.

Bildirilib ki, saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür.

Yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir.

Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.

Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Oxşar xəbərlər

Astrofizika kafedrası: Bu gün maqnit qasırğası müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Geomaqnit qasırğası gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yerdə güclü maqnit qasırğası başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Yer kürəsini maqnit qasırğaları bürüyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər