Rusiya qoşunları Ukraynanın Sumı və Donetsk vilayətlərində yeni yaşayış məntəqələrini ələ keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Sumı vilayətinin Maryino, Donetsk vilayətinin Novoolenovka yaşayış məntəqələrini nəzarətə götürüb.