Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Krasnıy Yar yaşayış məntəqəsini ələ keçirib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları Pokrovsk şəhəri istiqamətində Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Krasnıy Yar yaşayış məntəqəsini nəzarətə götürüb.
Bundan başqa Rusiya MN qoşunlarının Luqansk vilayətinin Nevskoe kəndini ələ keçirdiyini də açıqlayıb.