Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı martın 18-nə planlaşdırılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Putin və Tramp arasında gözlənilən müzakirənin təfərrüatlarını açıqlamasa da, telefon danışığının hazırlandığını təsdiqləyib.