Rusiya Prezidenti Vladimir Putin Donald Trampla o, 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinə başlayandan bəri yalnız bir dəfə telefonla danışıb.


APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, Putinlə Tramp arasında telefon təmasları tez-tez olmur.


"Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kremlin sözçüsü vurğulayıb.


Qeyd edək ki, Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub. Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasların davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.