Volodimir Zelenski martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Fox News”un əməkdaşı Ceki Henrix öz “X” hesabında məlumat verib.

O qeyd edib ki, Zelenski martın 10-da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq.

Bundan sonra onun komandası ABŞ nümayəndələri ilə görüşmək üçün Ciddədə qalacaq.