Suriya BMT sülhməramlı qüvvələrinin İsraillə sərhəd yaxınlığındakı Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə razıdır.

“Sizinxeber.az” “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Suriyanın yeni lideri Əhməd əş-Şaraa deyib.

O, bildirib ki, İsrailin irəliləməsi bölgədə İran və "Hizbullah"ın gücü və mövcudluğu ilə şərtlənirdi.

“Dəməşqin azad edilməsindən sonra inanıram ki, onların mövcudluğu tamamilə yox olub", - əl-Şaraa qeyd edib.