Suriya üsyançıları İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Quneytra ölkənin cənub-qərbində, İsraillə şərti sərhədin keçdiyi eyniadlı əyalətin inzibati mərkəzidir.

Öz növbəsində, İsrail KİV-i hökumət qüvvələrinin Quneytradan geri çəkildiyini bildirib.

Qeyd edək ki, daha əvvəl ölkənin cənub-qərbindəki Dera və Suveyda əyalətlərindən Suriya bölmələrinin geri çəkilməsi barədə məlumat verilmişdi.