Türkiyədə zavodda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.

10:55

Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Sizinxeber.az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.

O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.

Məlumata görə, zavodda silah-sursat - ov və təlim patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.