Türkiyənin Balıkəsir bölgəsində partlayıcı maddə istehsal edən fabrikdə partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.