İnanıram ki, yaxşı oyun göstərəcəyik.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Qəbələdə keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvü Musa Qurbanlı deyib.

22 yaşlı hücumçu UEFA Millətlər Liqasında sabah Estoniya ilə keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib:

"Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının I qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.