İsrailin Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya şəhərinə endirdiyi zərbələr nəticəsində azı 73 nəfər həlak olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.
WAFA agentliyinin verdiyi məlumata görə isə, bombardman nəticəsində bir yaşayış məntəqəsi tamamilə dağıdılıb.
Onlarla insan yaralanıb, onlardan çoxu dağılmış binaların dağıntıları altında qalıb.
Bundan əlavə, İsrail PUA-sı yerli xəstəxananın həyətinə sığınan bir qrup fələstinlini atəşə tutub.
Təcili yardım maşınına birbaşa zərbə də qeydə alınıb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bu yana anklavda davam edən qarşıdurmaların nəticəsində ümumilikdə 42,5 min fələstinli həlak olub, 99,6 min nəfər isə yaralanıb.