İran Hörmüz boğazının yenidən açılmasına razılıq verməyib.

Sizinxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın danışıqlar heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb. Bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, ABŞ-nin "düşmənçilik siyasəti" davam etdiyi müddətdə boğaz bağlı qalacaq.

Xatırladaq ki, bundan əvvəl İsrailin "N12" telekanalı ABŞ Prezidenti Donald Trampın İranın xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı Qətərin vasitəçiliyi ilə irəli sürülən kompromis təklifini qəbul etməsindən sonra İrana planlaşdırılan kütləvi zərbəni ləğv etməyə razılaşdığı barədə iddia irəli sürmüşdü.

Lakin İran tərəfi bu məlumatları təkzib edərək, belə bir razılaşmanın mövcud olmadığını açıqlayıb.