2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır.
Sizinxeber.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu da hazırkı 85 dollar qiymətindən kifayət qədər aşağıdır. Qiymət proqnozlarında volatillik yüksək olsa da, ortamüddətli dövrdə 65 dollardan aşağı olmaq ehtimalı azdır.
�Neft-qaz sektorunda qiymətlərin baza proqnozundan mümkün kənarlaşması nəzərə alınmaqla, 2030-cu ildə icmal büdcə balansının ümümdaxili məhsula nisbətinin baza ssenari (-0.3 %) ilə müqayisədə müxtəlif ssenarilərdə təxminən 1.2-2.4 faiz bəndi aralığında dəyişməsi gözlənilir.