"Regionların büdcədən asılılığı azaldılıb".
Sizinxeber.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, növbəti il dövlət büdcəsində regionların büdcədən asılılığı daha da azaldılır və rayonların dotasiyadan asılılığı isə tam olaraq aradan qaldırılır:
"Naxçıvanın dotasiyamızda cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaq. Bu da onun hesabınadır ki, Naxçıvanın öz yerli gəlirləri çoxalır və artıq daha böyük hissə məhz Naxçıvanın yerli gəlirləri hesabına təmin olunacaq".