Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib
"Tarixi irsdən gələcək şəhərə: Azərbaycanın memarlıq irsinin qorunması və inkişafı" adlı elmi konfrans keçirilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Sizinxeber.az"a verilən xəbərə görə, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir Azərbaycanın zəngin və çoxşaxəli memarlıq irsinin qorunması strategiyalarının müzakirəsi, mövcud problemlərin və perspektivlərin müəyyənləşdirilməsi, həmçinin elmi-praktiki biliklərin mübadiləsi məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir.
Dövlət başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova memarlıq irsinin yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin şəhərsalma konsepsiyalarının əsasını təşkil etdiyini qeyd edib.
Sonda tədbir iştirakçıları "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi abidələrlə tanış olublar.
Bildirilib ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində, 60 hektarlıq ərazidə yerləşən, ümumilikdə 7 abidəni əhatə edən "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğu 2004-cü ildə yaradılıb. Pir Hüseyn xanəgahı XI-XII əsrlərə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər, həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir.
Oxşar xəbərlər
Ordubadda "Mədrəsə" tarix-memarlıq abidəsinin bərpası müzakirə olunub
Cəlilabadda iki tarixi abidə bərpa ediləcək
ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb
ISESCO Şuşa irsinin qiymətləndirməsi işlərinə başlayıb
Daşkənddə Teymurilər dövrü irsinin qorunması məsələləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
