Asset Assavbayev: “Dəmir yolunun rəqəmsallaşması rəqabətin artırılması üçün zəruridir"
Dəmir yolu kimi mürəkkəb və böyük kapital tələb edən bir sahə üçün rəqəmsallaşma sadəcə bir trend deyil, inkişaf və rəqabət qabiliyyətinin artırılması üçün zərurətdir.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA - Transport Corridor Europe-Caucasus-Asia) baş katibi Asset Assavbayev deyib.
Onun sözlərinə görə, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır: “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması məsələlərinin məhz Bakıda müzakirə olunması təsadüfi deyil. Biz bu gün nəqliyyat sahəsində texnoloji dəyişikliklərin sürətlə baş verdiyi bir dövrdə yaşayırıq və dəmir yolu nəqliyyatı da bu prosesdən kənarda qalmamalıdır.
O bildirib ki, TRASECA təşəbbüsü bu sahədə iştirakçı ölkələrin səylərinin əlaqələndirilməsində mühüm rol oynayır: “Bizim üçün rəqəmsallaşma yalnız ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması deyil, həm də bütün tədarük zənciri iştirakçıları üçün vahid inteqrasiya olunmuş rəqəmsal məkanın yaradılması deməkdir. Bu, standartların uyğunlaşdırılmasını, elektron sənəd dövriyyəsinin inkişafını, informasiya sistemlərinin inteqrasiyasını və innovasiyaların tətbiqi üzrə birgə layihələri əhatə edir”.
A.Assavbayev qeyd edib ki, TRASECA rəqəmsal bacarıqların inkişafı, əməkdaşlıq və təcrübə mübadiləsi üçün unikal platformadır: “Rəqəmsallaşmaya keçid asan deyil, bu, həm ixtisaslı kadr hazırlığı, həm sistemlərin uyğunlaşdırılması, həm də kibertəhlükəsizlik sahəsində ciddi investisiyalar tələb edir. Ancaq açılan imkanlar bu çətinlikləri üstələyir. Bu istiqamət TRASECA üçün prioritet olaraq müəyyən olunub və bu məqsədlə daimi işçi qrupu fəaliyyət göstərir, birgə layihələr icra olunur, dəhliz üzrə yük daşımalarının rəqəmsallaşdırılmasına dair saziş layihəsi üzərində iş aparılır. Biz rəqəmsal transformasiyanın astanasındayıq. Bu, dəmir yolu nəqliyyatını daha etibarlı, sürətli, təhlükəsiz və rahat etməyə, eləcə də TRASECA ölkələri arasında iqtisadi əməkdaşlığı və ticarəti inkişaf etdirməyə xidmət edəcək.”
Oxşar xəbərlər
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Avstriya rəsmisi: "Azərbaycan Avropa ilə Asiya arasında əsas halqa rolunu qoruyur"
Asiya İnkişaf Bankı Azərbaycana dəmir yollarının inkişafı üçün 47 mln. dollar kredit ayırıb
OSJD prezidenti: "Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır" - EKSKLÜZİV
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












