Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir
sizinxeber.az xəbər saytı

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir


Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzi yarana bilər ki, bu da ölkənin rəqəmsal infrastrukturunun inkişafında mühüm addım olacaq.

“Report” xəbər verir ki, bunu “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şunin "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində panel müzakirəsi zamanı bildirib.

"Trafik artdıqca şəbəkələr optimallaşdırma və inkişaf tələb edir. Bu, Azərbaycana da təsir edəcək qlobal trenddir. Bu gün süni intellekt artıq sənayeyə əhəmiyyətli təsir göstərir. Bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində (“edge computing”) yerli məlumat emalı mərkəzi yaradırlar. Bu proses Azərbaycanda da qaçılmazdır. Süni intellektə malik yerli məlumat mərkəzi yaradılan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq", - A.Şunin qeyd edib.

O vurğulayıb ki, bu prosesdə rabitə operatorları əsas rol oynayacaq: "Biz artıq qonşu ölkələrdə bənzər nümunələri görürük. Məsələn, Qazaxıstan süni intellektini qazax dili üçün uyğunlaşdırır. Əminəm ki, yaxın gələcəkdə oxşar addımlar Azərbaycanda da atılacaq".

A.Şunin qeyd edib ki, süni intellekt sürətlə inkişaf etdiyi üçün bu proses növbəti bir neçə il ərzində başlamalıdır: "TOP10 əsas dünya dilləri artıq müxtəlif sistemlərə inteqrasiya olunub. Biz bu prosesin qonşu ölkələrdə necə inkişaf etdiyini görürük. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda belə işlərin görülməsinə ehtiyac olacaq. Bu prosesdə əsas rolu operatorlar oynamalıdır. “Nokia” olaraq bunun üçün lazımi infrastrukturu təmin edirik. Biz təlim modelləri hazırlamasaq da, infrastruktur vendoru kimi rolumuz ölkənin məlumat mərkəzlərinin işini dəstəkləməkdir".

Oxşar xəbərlər

Daha bir şirkət Azərbaycanda 5G-nin işə salınmasına hazırlaşır
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər