Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
sizinxeber.az xəbər saytı

Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib


Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (40,65 MB/S) görə 162 ölkə arasında 109-cü yerdə qərarlaşıb ki, bu da iyun ayına nisbərən 4 pillə irəliləyiş deməkdir.

"Sizinxeber.az” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (29,14 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 39,5 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (291,85 MB/S), axırıncı yeri isə Əfqanıstan (3,56 MB/S) tutub.

Azərbaycan iyulda mobil internetin sürətinə görə iyun ayına nisbətən mövqeyini dəyişməyərək 53,98 MB/S sürətlə 111 ölkə arasında 49-cu olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (359,85 MB/S), sonuncu yeri isə Yəmən (7,26 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 207 şəhər arasında 42,13 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (320,47 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,95 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı iyulda mobil internetin sürətinə görə 68,99 MB/S sürətlə iyuna nisbətən 1 pillə irəliləyərək 162 şəhər arasında 69-cu yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (451,02 MB/S), sonuncu yeri Kabil (8,01 MB/S) tutub.

Oxşar xəbərlər

Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var
Dünya Bankı: Azərbaycanda adambaşına aylıq mobil genişzolaqlı trafik 2,3 giqabayta çatıb
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb
İran parlamentində gərginlik yaşanıb - FOTO
Bakının 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər