Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
sizinxeber.az xəbər saytı

Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib


Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (62,69 MB/S) görə 155 ölkə arasında 92-ci yerdə qərarlaşıb ki, bu da oktyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (33,03 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 90 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (324,46 MB/S), axırıncı yeri isə Kuba (2,93 MB/S) tutub.

Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə oktyabr ayına nisbətən 2 pillə geriləyərək 56,19 MB/S sürətlə 111 ölkə arasında 56-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (441,89 MB/S), sonuncu yeri isə Myanmar (Burma) (5,09 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 200 şəhər arasında 62,79 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (321,85 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,01 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,06 MB/S sürətlə 159 şəhər arasında oktyabr ayına nisbətən 1 pillə geriləyərək 77-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (506,59 MB/S), sonuncu yeri Yangon, Myanmar (Burma) (5,08 MB/S) tutub.

Oxşar xəbərlər

Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Regionda ən pis mobil internetin Ermənistanda olduğu müəyyən edilib  
Rəşad Nəbiyev: "Bu il Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər