Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Elm və Təhsil Nazirliyi (ETN) olub.
Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) informasiya sistemlərini və ehtiyatlarını qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən istifadə etməklə informasiya resurslarını miqrasiya edərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
RİNN-nin həyata keçirdiyi “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.
Oxşar xəbərlər
“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Elm və Təhsil Nazirliyinin İT resursları “Hökumət buludu”na köçürülüb
AZAL informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













