“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq
Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən, müsabiqədə qeydiyyat səhifəsi üzərindən açıq elan edilir.
Elm, təhsil və innovasiya, səhiyyə, idman və turizm, məlumat və xəbərlər kimi geniş spektri əhatə edən 9 nominasiyada vebsaytlar, tətbiqlər və sosial media layihələri müsabiqədə iştirak üçün təqdim edilə bilər.
Hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir. “Nar”ın KSM layihələri haqqında daha ətraflı səhifəsindən öyrənə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 üçün qeydəalınma başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
