Azercell “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Müqavilənin imzalandığı tarix həm də Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – "Neftçilər Günü" kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Azercell Azərbaycanın müasir neft sənayesinin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş videonu təqdim edir.
Neftçilərimizin fədakarlığını və zəhmətini əks etdirən bu video ölkənin enerji sektorunun formalaşmasında və firavan gələcəyinin təmin edilməsində “qara qızıl”ın xüsusi rolunu vurğulayır. Video həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafı üçün açılan yeni imkanlar və dünyanın iri neft şirkətləri ilə tərəfdaşlıq münasibətlərindən bəhs edir.
Əzmkarlığı ilə seçilən neft-qaz sənayesi işçilərini peşə bayramları münasibətilə təbrik edirik! Peşəkarlığınız ilə Azərbaycanın tərəqqisinə və dünya enerji arenasında nüfuzunun artmasına verdiyiniz töhfə əvəzsizdir!
“Neftçilər Günü"nə həsr olunmuş videonu Azercell-in rəsmi “Youtube” hesabından izləmək mümkündür.
Oxşar xəbərlər
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Media nümayəndələri “Bakcell”in “Formula 1” stendini ziyarət ediblər - FOTOLENT
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
Azercell Milli Mətbuat günü münasibətilə media nümayəndələrini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













