“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
Azərbaycanın ən sürətlisi “Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran Pri 2024”ün tədbir tərəfdaşıdır.
"APA-Economics"ə xəbər verir ki, bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.
Əməkdaşlıq çərçivəsində Qran Prinin Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlar “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.
Qeyd edək ki, “Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
“Bakcell” ən geniş partnyor şəbəkəsinə malik debet kartını təqdim edib
Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
