Azərbaycanda “MİDA Kommunal” portalı istifadəyə verilib
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni “MİDA Kommunal” portalını istifadəyə verib.
“Sizinxeber.az”un MİDA-ya istinadən verdiyi məlumata görə, portal Agentliyin icra olunmuş layihələrində yaşayış binalarının idarə edilməsi prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi və vətəndaşlar tərəfindən əmlakların elektron qaydada idarə edilməsi prosesinin təmin edilməsi məqsədilə yaradılıb.
Yaşayış komplekslərinin sakinləri üçün bu portalda yaradılmış şəxsi kabinetləri üzərindən ödəniş etmək və ödəniş tarixçəsini izləmək imkanı təmin edilib. Beləliklə, sakinlər müvafiq ödənişləri poçt məntəqələri, ödəniş terminalları, bank filial və şöbələri, bankların mobil tətbiqləri ilə yanaşı, “MİDA Kommunal” (https://kommunal.mida.gov.az) portalı üzərindən də rahat şəkildə həyata keçirə bilərlər.
Eyni zamanda, sözügedən portalda sakinlərin elan və bildirişlərlə tanış olmaq, əlavə olaraq onları maraqlandıran suallara cavab tapmaq, o cümlədən onlayn qaydada müraciət ünvanlamaq və müvafiq müraciətin operativ şəkildə cavablandırılması imkanı yaradılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
